Qəbələ Tufandağ – Çox böyük strateji mövqedə, Qəbələ şəhərinin mərkəzindən beş dəqiqəlik məsafədə yerləşən kompleksin hündürlüyü 4191 m-dir. Yerli əhalinin məlumatma görə, bu ad dağda tez-tez şiddətli külək, çovğun, tufan qopması ilə bağlıdır. Dağ Tufan adı ilə də qeydə alınmışdır.
Tufandağ qış-yay turizm kompleksi Azərbaycanın ən böyük turizm bölgələrindən biridir. İstər kanat xətləri, istər qiymətlər, istərsə də atraksiyonları ilə məşhur olan ərazi hər il minlərlə turistə ev sahibliyi edir. Təkcə kanatları ilə deyil, ən əsas da xizək xətləri ilə tanınmış kompleksin 10 enmə zolağı var. Xətlərin toplam uzunluğu isə 18 min metrdir.
Granit AS travel şirkətinin daxili turlar üzrə meneceri Vüsal Həsənov Qəbələdə Tufandağa olan səyahət zamanı izləyiciləri maraqlandıran suallara cavab verməyə çalışdı.