Alpinizm və Dağ Turizmi, Faydalı Məlumatlar

Alpinizmdən ayrılmış idman növü – Qayayadırmanma (Climbing)

Qayayadırmanma (Climbing)

Qayayadırmanma (Climbing) nisbətən gənc bir idman növüdür. Qayayadırmanma 50-ci illərin ortalarında alpinizmdən ayrıldı. Mövcudluğunun 50-60 ili boyunca bütün dünyada böyük bir populyarlıq qazandı.

Bir çox insanın tez-tez bir sualı olur: qayayadırmanma alpinizmdən nə ilə fərqlənir? Birincisi, bir düşərgə həyatı üçün lazım olan hər şeylə doldurulmuş böyük bel çantalarınızda ləvazimatları daşımırsız, bütün qayayadırmanma ləvazimatları kiçik çantanıza asanlıqla yerləşir.

Sonra bir neçə gün dırmanacağınız divara getmək məcburiyyətində deyilsiniz. Avtomobil parkından, ya da dırmanma düşərgəsindən maksimum gəzinti müddəti 20-30 dəqiqədir. Nəhayət, barmaqlarınızı dondurmursunuz, qar və daş uçqunlar və sizi tutmur, qar və yağış olmur, yüksək dağlarda olduğu kimi oksigen çatışmazlığından əziyyət çəkmirsiz.

Qayayadırmanma marşrutları müxtəlif hündürlükdə -10 metrdən 80 metrədək olur. Həqiqi real qayalarda, gələcək marşrutun yeri öncədən hərtərəfli diri daşlardan təmizlənməlidir ki, daşlar sizə və sizi sığortalayan insanların üzərinə düşməsin. Sonra qayalara hər biri təxminən 2 ton yükə davam gətirə bilən sığorta nöqtələri anker-boltlar vurulur. Və beləliklə, dırmanmaq üçün maksimum etibarlı və təhlükəsiz şərait yaradılır.

Qayadırmanma üçün komfort temperatur 15-20 dərəcə sayılır. Əgər temperatur yuxarı, ya da aşağı olarsa, yağış və ya qar yağırsa, qayalar evdən uzaqda yerləşirsə, onda alpinist — idmançılar süni qayayadırmanma zallarına gedirlər. Süni qayayadırmanma zalı — məşq üçün bütün lazımi şəraitin yaradıldığı dırmanma üçün ideal bir yerdir. Orada daimi komfort temperatur, istənilən formalı relyef elementləri, istənilən növ tutğaclar, yumşaq matlar (gimnastik sığorta üçün), kompleks məşq üçün bütün güc məşqləri — avadanlıqları və b. var.

Süni qayayadırmanma divarlarında, marşrut quran idmançılar olur və onlar müxtəlif, çətinlik dərəcəsi fərqli olan marşrutlar qururlar. Yaradılan marşrutlar üç-dörd təcrübəli idmançı tərəfindən sınaqdan keçirilir. Sınaq nəticələrinə uyğun olaraq bu marşrutun hansı dərəcədə çətinliyi olması haqda nəticə çıxarılır.

Çətinlik kateqoriyası, alpinistin idman səviyyəsini qiymətləndirə biləcəyi ən önəmli meyardır. Marşrutların mürəkkəbliyi 3 (üç) və ya 4 (dörd) çətinlik kateqoriyası ilə başlayır — belə bir marşrut böyük, rahat tutma tutğaclardan ibarət olur və divar, bir qayda olaraq, heç bir mənfi dərəcəli meylli olmadan şaquli olur. Bu gün üçün çətinliyin ən yüksək həddi 9B + -dır. Dünyadakı yalnız bir neçə idmançı bu eyni marşrutda uzun hərəkətlər praktikasından sonra (bəzən bir neçə il) belə marşrutları dırmana bilir.

Soruşa bilərsiniz — bəs ekstrim və romantika hanı? Problem deyil! Xidmətinizdə 400-500 metrlik dırmanma divar marşrutları, eləcə də sığorta nöqtələri anker-boltlar arasındakı məsafənin 2 ilə 5 metr arasında olduğu marşrutlar var. Yəni bir yıxılma zaman maksimum 5-10 metr düşməli olacaqsınız. Sonra sizi kəndir saxlayacaq.

Fiziki olaraq qayayadırmanmada bütün əzələ qrupları işləyir. Qayayadırmanma hərəkətlərin koordinasiyasını və plastikasını, bir insanın iradi keyfiyyətlərini inkişaf etdirir və gündəlik həyatımızda stresslə mübarizə aparmağa mükəmməl kömək edir.

Bununla birlikdə, dırmanmanın faydaları yalnız polad kimi güclü əllər və elastiklik əldə etməklə məhdudlaşmır. Dırmanma zonaları əksər hallarda təbiətin bir hissəsində hər kəsin görə, hiss edə biləcəyi və gözəlliyi yaşaya biləcəyi çox mənzərəli bir dağlıq ərazilərdə yerləşir.

Qayayadırmanmanın hansı növləri olur?

  • Sürətli Dırmanma — tamamilə təmiz idman növüdür. Nisbətən sadə bir marşrutu kim daha sürətli dırmana bilsə o qalib olur.
  • Çətinlik növü üzrə dırmanma — dırmanma hündürlüyünü qiymətləndirilir. İki qiymətləndirmə kateqoriyası vardır:
  1. On-sight— ilk cəhddə marşruta dırmana bilmək.
  2. Afterwork — Marşrutu dəfələrlə cəhd edərək məşq edərək sonradan dırmanmaq.

Bəzən həddindən artıq çətin marşrutlara dırmanmaq aylar, hətta illər tələb olunur. Ancaq belə bir qələbənin sevinci ömür boyu sizinlə qalacaq.

  • Bouldering – Adətən qısa və çox çətin marşrutlar olur. Bunları bəzən “problem” termini ilə ifadə edirlər. Hər bouldering marşrutu keçildikdə “preoblem” həll olundu deyilir. Və belə növdə marşrut qısa olduğuna görə (hündürlüyü 2 metrdən 5-6 metrə kimi) sığorta ipinə ehtiyac olmur. Gimtastik sığorta və matlardan istifadə olunur.

Qayayadırmanma texniki bir idman növüdür. Divarda özünüzü gözəl və rasional şəkildə yerləşdirmək bacarığı uzun, sistematik bir təlimlər sayəsində əldə edilir. Təkbaşına dırmanmağı öyrənmək cəhdləri bəzən kədərli nəticələrə gətirib çıxarır! Səhv, düzgün olmayan bir texnikanı öyrənmək asandır, ancaq bunu sonradan düzəltmək bəzən illər çəkir. Ona görə də dırmanma məktəblərində təcrübəli təlimatçıların altında, şəxsi bir məşqçi ilə və ya təcrübəli idmançı dostlar ilə dırmanmağı öyrənmək tövsiyə olunur. Doğru texnikanı inkişaf etdirmək çətin olsa da, əvəzində ömür boyu sizin yadınızda qalır.

Oxşar Yazılar

Alpinizmdən ayrılmış idman növü – Qayayadırmanma (Climbing)” üçün bir rəy

  1. Safe Union dedi ki:

    “Safe Union” şirkəti Azərbaycanda və Bakı şəhərində uyğun qiymətlərlə əməkdaşlar üçün xüsusi işçi geyimləri, uniforma və kombinezonların topdan istehsalı və satışı ilə məşğul olur: qış gödəkçələri, qolsuz qış gödəkçələri, işçilər üçün kombinezonlar, kombinezon dəsti (uniforma), tibb işçiləri üçün geyim, xidməti kombinezon dəsti, suya davamlı geyim, aşpaz geyimi, ofisiant geyimi, reklam təyinatlı geyimlər, fosforlu geyim və b. uniformaların sifarişlə hazırlanması və topdan satışı: https://safeunion.az/product-category/mehsullar/xususi-isci-geyimleri/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir