Faydalı Məlumatlar

Düşərgələr (Kampinq) turizmin yeni və maraqlı növüdür

Düşərgələr (Kampinq)

Təbiətin qoynunda çadır/düşərgə qurub müvəqqəti yaşamaq – kampinq turizmin nisbətən müasir növü kimi özəlliklə son illər dünyada daha çox maraq doğurur. Tarixən uzaq məsafələrə edilən hərbi yürüşlərdə, müharibələrdə, günümüzdə isə daha çox təlimlərdə çadırlar müvəqqəti ev, düşərgə, qərargah, hospital funksiyası daşıyıb və daşıyır. Düşərgə (Kampinq) haqqında yaşam tərzi kimi daha çox məlumatlı olduğumuza baxmayaraq, turizmin yeni və maraqlı növü sayılır.

Qaynar, səsli-küylü şəhər həyatından uzaqlaşaraq ucqar dağ rayonlarına istirahətə üz tutanlar arasında otelləri, qonaqlama yerlərini seçənlər üstünlük təşkil etsə də, təbiətlə birbaşa təmasda olmaq, meşədə, dağda, bulaq kənarında düşərgə/kamp qurub dincəlmək istəyənlər də az deyil. Çadır qurarkən sel, qaya uçqunları, güclü külək və başqa təbii hadisələrin baş vermə ehtimalını, həmçinin vəhşi heyvanların yaşayış arealı kimi yuxarıda vurğuladığımız amilləri, ocaq qalayarkən isə yanğın təhlükəsizliyini mütləq nəzərə almaq lazımdır.

Hər hansı biganəlik həyatınız üçün təhlükə ilə, habelə böyük yanğınlarla nəticələnə bilər. Özəlliklə ocaq qalayarkən ətrafında daşlardan və torpaqdan qoruyucu sədd yaratmaq, sonda isə ocağın tam söndürüldüyünə əmin olmaq vacibdir. Diqqət yetirilməli başqa bir önəmli məsələ isə düşərgə saldığınız yerin təmizliyini qorumaqdır. Axı biz həmin yerdə havasına, suyuna, gözəlliyinə, təmizliyinə görə düşərgə salırıq və təbiətin bu “ürəyiaçıqlığından” sui-istifadə etmək olmaz. Odur ki, tullantıları və zibilləri yığıb düşərgə yerindən götürmək mütləqdir.

Oxşar Yazılar

Düşərgələr (Kampinq) turizmin yeni və maraqlı növüdür” üçün bir rəy

  1. Evdar.az dedi ki:

    Azərbaycan və Dünya mətbəxinin müxtəlif xörəklər, salatlar, şirniyyatlar və dietik yeməklərin hazırlanma qaydaları: https://evdar.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir