Ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə Yonja Outdoor Store kollektivi Səfərova Sima və Əliyeva Mina 25-28 mart tarixlərində Afrika qitəsinin ən hündür nöqtəsi olan Kilimancaro dağının Uhuru zirvəsini fəth edib.
Bununla bağlı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, Tanzaniyanın Aruşa şəhərindən Kilimancaro dağının Uhuru zirvəsinə yürüş edən S.Səfərova və M.Əliyeva dəniz səviyyəsindən 5895 metr yüksəklikdə yerləşən zirvədə Azərbaycan bayrağını dalğalandırıblar.
Onu da bildirək ki, Yonja Outdoor Store şirkətinin qurucusu Sima Səfərova Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicisidir.